Bazar ertəsi , Yanvar 30 2023
Ana səhifə / İdman / İspaniyalı hücumçu “Qarabağ”la matçdan əvvəl zədələnib

İspaniyalı hücumçu “Qarabağ”la matçdan əvvəl zədələnib

İspaniyanın “Vilyarreal” klubunun futbolçusu Pako Alkaser Avropa Liqasının qrup mərhələsinin VI turunda “Qarabağ”la matçı buraxa bilər.

“Report”un məlumatına görə, 27 yaşlı hücumçu La Liqanın XII turunda “Elçe” ilə qolsuz heç-heçə etdikləri matçda zədələnib.

İkinci hissədə meydana daxil olan futbolçu sonadək meydanda ola bilməyib. İspaniyalı forvard əzələsində ağrılar hiss edib və 78-ci dəqiqədə əvəzlənib. Komandanın baş məşqçisi Unay Emeri mətbuat konfransında Alkaserin zədəsinin təzələndiyini söyləyib.

Qeyd edək ki, dekabrın 10-da keçiriləcək “Vilyarreal” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Daha əvvəl digər hücumçu Karlos Bakka ilə yanaşı, yarımmüdafiəçi Moi Qomesin də zədə səbəbindən Ağdam təmsilçisi ilə görüşü buraxacağı açıqlanıb.

Həmçinin oxuyun

“Mançester Yunayted“də Ronaldoya nə məşqçi, nə rəhbərlik hörmət edirdi“

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun “Mançester Yunayted”lə bağlı rezonans doğuran müsahibə verdiyi jurnalist Pirs Morqan məşhur …