Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / İdman / İspaniyalı futbolçu “Real”dan ayrılacağına dair iddiaları rədd edib

İspaniyalı futbolçu “Real”dan ayrılacağına dair iddiaları rədd edib

İspaniyanın “Real” (Madrid) klubunun futbolçusu İsko komandadan ayrılacağına dair iddiaları rədd edib.

Bu barədə “Report” AS nəşrinə istinadən xəbər verir.

26 yaşlı ispan yarımmüdafiəçi Madrid təmsilçisində qalmaq istədiyini vurğulayıb və məqsədinin bu klubda titullar qazanmaq olduğunu deyib.

Xatırladaq ki, İsko cari mövsümdə İspaniya La Liqasında 11 oyunda iştirak edib və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun baş məşqçi Santyaqo Solari ilə mübahisə etdiyi və komandadan ayrılacağı iddia olunub. Fransanın PSJ klubu İskonu heyətinə qatmaq üçün futbolçunun atası ilə görüşüb. Amma oyunçunun “Real”la 2022-ci ilin yayına qədər müqaviləsi mövcuddur.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …