Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / İslamiadanın qalibində dopinq tapıldı – Fotolar

İslamiadanın qalibində dopinq tapıldı – Fotolar

Azərbaycanın daha bir idmançısında dopinq aşkarlanıb. “Qafqazinfo” Azərbaycan Milli Antidopinq Federasiyasının (AMADA) rəsmi saytına istinadən xəbərt verir ki, bu dəfə atletika üzrə Azərbaycan millisinin üzvü Yekaterina Sarıyevanın dopinq-testi müsbət nəticə verib.

23 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit yaxud markerlərinin mövcudluğu üzə çıxıb. 3 təkanla tullanmada İslam Həmrəyliyi Oyunlarının ikiqat mükafatçısının (Palembankda qızıl, Bakıda bürünc medal) orqanizmində furosemid aşkarlanıb. Bu səbəbdən də Sarıyeva 12 aylıq diskvalifikasiya olunub.

Onun cəza müddəti ötən il sentyabrın 23-dən hesablanmağa başlanılıb.

Qeyd edək ki, AMADA Sarıyevayadək daha 5 idmançımızı diskvalifikasiya etmişdi.





Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …