Sosial şəbəkədə biz:
İslam Bazarqanov qızıl medal görüşünə çıxacaq
Xəbər Şəkli

İslam Bazarqanov qızıl medal görüşünə çıxacaq

25 April 2026, 09:36
İdman

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.
Belə ki, 57 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı Roberti Dinqaşvili ilə görüşüb.
Bazarqanov rəqibinə 11:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Medal görüşü sabah baş tutacaq.