Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / İdman / İran dövlət televiziyası futbolçuların himni oxumamasını efirə verməyib

İran dövlət televiziyası futbolçuların himni oxumamasını efirə verməyib

İran dövlət televiziyası Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığmasına qarşı keçirilmiş B qrupunun ilk tur oyununun startı öncəsi yayımı dayandırıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.

İranlı oyunçular Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.

Bundan başqa, iranlı azarkeşlər himni fitə basıblar.

Qeyd edək ki, İngiltərə – İran oyunu Avropa təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.

Həmçinin oxuyun

Taekvondoçularımız son 17 ilin rekordunu vurdu – FOTO

Maltanın paytaxtı Vallettada yeniyetmə taekvondoçular arasında Avropa birinciliyi başa çatıb. Taekvondo Federasiyasından verilən məlumata görə, …