Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / “İrəvanda təhlükəsizlik qənaətbəxş deyildi” – Əli Şükürlü

“İrəvanda təhlükəsizlik qənaətbəxş deyildi” – Əli Şükürlü

“İrəvanda təhlükəsizlik qənaətbəxş deyildi”.

Belə ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa çempionatından imtina edərək Vətənə qayıdan ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Əli Şükürlü (102 kq) Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.
İdmançı bildirib ki, baş verən hadisə onlarda ruh düşkünlüyü yaradıb: “Avropa çempionatına qatılmamaq məcburiyyətində qaldıq. Bayrağa qarşı hörmətsizlik görmək istəmirdik. İrəvana böyük ümidlərlə getmişdik, bayrağımızı dalğalandırmaq, medal qazanmaq istəyirdik. Bakıda keçirilən Avropa Oyunlarında erməni idmançılar gəlmişdilər. Amma belə münasibətlə qarşılaşmamışdılar. Bizə qarşı oradakı münasibət isə heç yaxşı deyildi”.

O, ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib: “Orada çətin vəziyyətdə bizə dəstək oldular, bizi qorudular, Vətənə qayıtmağımızda böyük xidmətləri oldu”.

Əli Şükürlü qarşıdakı turnirlərdə Azərbaycan bayrağını dalğalandıracaqlarına inanır: “Bayrağımızı qarşıdakı yarışlarda zirvələrə qaldıracağıq. Ümidlərimiz böyükdür”.

Qeyd edək ki, Avropa çempionatının aprelin 14-də keçirilən açılış mərasimində Azərbaycan bayrağı yandırıldığından, Azərbaycan millisi yarışdan imtina edib. Report

Həmçinin oxuyun

Azərbaycan millisinin üzvləri böyük məbləğdə mükafatdan məhrum oldular

Azərbaycan milli komandasının bu gün Bolqarıstanla keçirilən matçı üçün futbolçulara böyük məbləğdə pul mükafatı vəd …