Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / İdman / “İnter”in oyunçusu “Barselona” azarkeşləri üçün “Real”a qalib gəlmək istəyir

“İnter”in oyunçusu “Barselona” azarkeşləri üçün “Real”a qalib gəlmək istəyir

“Barselona”dan “İnter”ə transfer olunan Arturo Vidal Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda “Real”la oyun öncəsi fikirlərini bildirib.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi bu matçın onun üçün önəmli olduğunu deyib:

“Mükəmməl bir oyun olacaq. “Barselona”da 2 yaxşı il keçirdim, qələbə qazanaraq bu klubun azarkeşlərini xoşbəxt etmək istəyirəm”.

Qeyd edək ki, “Real” – “İnter” görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …