Cümə axşamı , Fevral 2 2023
Ana səhifə / İdman / “İnter” “Milan”ı məğlub edərək Superkuboku qazandı

“İnter” “Milan”ı məğlub edərək Superkuboku qazandı

İtaliya Superkubokunda qalib bəlli olub.

Həlledici matç Milan şəhərinin iki komandası arasında keçirilib.

Milanlıların duelindən “İnter” qalib ayrılıb. Səudiyyə Ərəbistanının Kral Fəhd Beynəlxalq Stadionunda baş tutan qarşılaşmada “Milan” 10-cu dəqiqədə Di Markonun vurduğu qolla hesabda geriyə düşüb. 21-ci dəqiqədə Edin Dzeko “İnter”i 2 top fərqi ilə önə keçirib.

Matçda son nöqtəni Argentinalı Lautaro Martinez qoyub. Onun 77-ci dəqiqədə vurduğu qol yekun hesabı təyin edib – 3:0.

Həmçinin oxuyun

Qurban Qurbanov “Qarabağ“ın yeni transferlərindən danışdı

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov transfer məsələlərindən danışıb. O, yeni transferlər haqqında danışarkən qeyd edib: “Əlavə …