Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İdman / “İnter” Çempionlar Liqasının ilk finalçısı olub

“İnter” Çempionlar Liqasının ilk finalçısı olub

Çempionlar Liqasının ilk finalçısı bəlli olub. Apasport.az saytı xəbər verir ki, İtaliya derbisində “İnter” “Milan”dan güclü olub.

Bir həftə əvvəl səfərdə qalib gələn İnzaginin yetirmələri cavab matçını da üstün başa vurublar. Yeganə qolu 74-cü dəqiqədə Lautaro Martines vurub.

“İnter” 13 ildən sonra ilk dəfə ÇL-in finalında oynamaq şansı qazanıb. Komanda 2009/10 mövsümündə həlledici görüşdə “Bavariya”ya qalib gəlmişdi (2:0)

Qeyd edək ki, yarımfinalın digər cütündə “Mançester Siti” Madrid “Real”ını qəbul edəcək (1:1).

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

“İnter” – “Milan” – 1:0

İlk oyun – 2:0

Həmçinin oxuyun

Qurban Qurbanov Şeydayevi bağrına basdı, kövrəldi – Video

Xəbər verdiyimiz kimi, müqaviləsi başa çatan Ramil Şeydayev “Qarabağ”dan ayrılıb. Ötən gün mükafatlandırma mərasimində Şeydayev …