Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / İngiltərə Premyer Liqasının oyunları Rusiyada göstərməyəcək

İngiltərə Premyer Liqasının oyunları Rusiyada göstərməyəcək

İngiltərə Premyer Liqası Rusiyadakı oyunlarının yayımını qadağan edib və Ukrayna xalqına dəstək üçün pul bağışlayıb.

“Report” xəbər verir ki, bu barədə Premyer Liqanın açıqlamasında deyilir.

Qeyd olunub ki, İngiltərə Premyer Liqası və onun klubları yekdilliklə Rusiyadakı yayım tərəfdaşı Rambler – Okko Sport ilə əməkdaşlığı dayandırmaq qərarına gəliblər. Qərar dərhal qüvvəyə minir. Liqa həmçinin Ukrayna xalqına dəstək üçün 1 milyon funt sterlinq ianə etməyi qərara alıb.

“Bu aksiya Premyer Liqa klublarının ötən həftəsonu oyunlarında Ukraynaya verdiyi dəstəyin davamı idi. Liqa Rusiyanın Ukraynaya hərbi təcavüzünü qətiyyətlə pisləyir. Biz sülhə çağırırıq və zərər çəkənlərin hamısına mənəvi dəstək veririk”, – Premyer Liqanın bəyanatında deyilir.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …