Ana səhifə / İdman / İngiltərə klubu Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

İngiltərə klubu Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

İngiltərənin “Mançester Siti” klubu “Barselona”nın futbolçusu Lionel Messinin transferi üçün rekord məbləğ – 400 milyon avro ödəməyə hazırdır.

APA-nın məlumatına görə, bu barədə İspaniyanın “As” qəzeti yazıb.

Bildirilir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir.

Qeyd edək ki, cari mövsümdə Argentina millisinin kapitanı “Barselona”nın heyətində 11 matçda 14 qol vurub.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …