Cümə , Yanvar 22 2021
Ana səhifə / İdman / İngiltərə Premyer Liqası:”Mançester Siti” səfərdə “Tottenhem”i məğlub edib

İngiltərə Premyer Liqası:”Mançester Siti” səfərdə “Tottenhem”i məğlub edib

İngiltərə Premyer Liqasının 34-ci turunun mərkəzi görüşündə “Mançester Siti” səfərdə “Tottenhem”ı məğlub edib – 1:3.

Azərtac xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən oyun qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı qonaqlar açıb, 22-ci dəqiqədə Qabriyel Xesus fərqlənib – 0:1. Bu qoldan üç dəqiqə sonra hakim meydan sahiblərinin qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və İlkay Gündoğan fürsəti əldən verməyib – 0:2. Birinci hissənin başa çatmasına üç dəqiqə qalmış meydan sahibləri Kristian Eriksenin vurduğu qolla hesab arasındakı fərqi bir topa endirə biliblər.

Matçın 72-dəqiqəsində Rahim Sterling oyunda son nöqtəni qoyub – 1:3.

Bu qələbədən sonra 87 xalla birinci pillədə yerini daha da möhkəmlədən “Mançester Siti” ən yaxın rəqibi “Mançester Yunayted”i 16 xal qabaqlayır . “Liverpul” klubu 70 xalla üçüncü, “Tottenhem” isə 67 xalla dördüncü yerdədir.

Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Saupgenton” – “Çelsi” – 2:3.

“Barnli” – “Lester Siti” – 2:1.

“Kristal Palas” – “Brayton” -3:2.

“Haddersfild” – “Vorford” – 1:0.

“Svonsi” – “Everton” – 1:1.

“Liverpul” – “Bormut” – 3:0.

Xatırladaq ki, 34-ci tura “Nyukasl”-“Arsenal”, “Mançester Yunayted”-“Vest Bronviç”, “Vest Xem”-“Stok Siti” oyunları ilə yekun vurulacaq.

Həmçinin oxuyun

Həbib anasına görə peşəkar idmana qayıtmaq istəmədiyini bildirib

Məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov UFC prezidenti Deyna Uaytın onun idmana qayıtma ehtimalının olması barədə …