Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / “İnanıram ki, avrokuboka vəsiqə qazanacağıq” – Araz Abdullayev

“İnanıram ki, avrokuboka vəsiqə qazanacağıq” – Araz Abdullayev

Kiprin “Anortosis” klubu dünən Araz Abdullayevin ad gününü qeyd edib.

Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, aprelin 18-də 26 yaşı tamam olan millimizin üzvünün şərəfinə məşqdən öncə tort kəsilib.

A.Abdullayev komanda yoldaşlarına təşəkkür edib: “Bizim çox yaxşı futbolçulardan təşkil olunmuş əla komandamız var. Çempionatın başa çatmasına 4 oyun qalıb. İnanıram ki, avrokuboka vəsiqə qazanmaq üçün yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, A.Abdullayevin mövsümün sonu müqavilə ilə məxsus olduğu “Qəbələ”yə qayıdacağı iddia olunur.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …