Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / İlin ən yaxşıları açıqlandı – Ronaldo seçilmədi + Siyahı

İlin ən yaxşıları açıqlandı – Ronaldo seçilmədi + Siyahı

FİFA 2018-ci ilin “The Best” mükafatı üzrə müxtəlif nominasiyaların qaliblərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, ilin ən yaxşısı “Real”ın və Xorvatiya millisinin ulduzu Luka Modriç seçilib.

O, Məhəmməd Salah (“Liverpul”, Misir) və Kriştiano Ronaldonu (“Real”/”Yuventus”, Portuqaliya) qabaqlayıb.

Digər qaliblər isə aşağıdakılardır:

İlin ən yaxşı baş məşqçisi – Didye Deşam (Fransa millisi). Digər namizədlər – Zinəddin Zidan (“Real”ın sabiq baş məşqçisi) və Zlatko Daliç (Xorvatiya millisi) olub.

İlin ən yaxşı qapıçısı – Tibo Kurtua (“Çelsi” / “Real, Belçika). Digər namizədlər – Uqo Lyoris (“Tottenhem”, Fransa millisi) və Kasper Şmeyxel (“Lester”, Danimarka millisi) olub.

İlin ən yaxşı qolu – Məhəmməd Salahın “Everton”a vurduğu qol.

İlin ən yaxşı qadın futbolçusu – Marta Vyera da Silva (Braziliya).

İlin feyr-pley mükafatı – Lennart Tay (“Venlo” / “Ərzurumspor”).

İlin ən yaxşı azarkeş qrupu – Peru fanatları

Qadınlardan ibarət komandalar üzrə ilin ən yaxşı baş məşqçisi – Reynald Pedros (“Lion”).

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …