Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / İdman / İlin ən çox qazanan futbolçuları açıqlandı – SİYAHI

İlin ən çox qazanan futbolçuları açıqlandı – SİYAHI

“Forbes” jurnalı ilin ən çox qazanan futbolçularının siyahısını yayımlayıb.

Belə ki, jurnalın yayımladığı siyahıya PSJ-nin hücumçusu Kilian Mbappe liderlik edir. 23 yaşlı fransalı hücumçu 2022/23 mövsümü üçün 110 milyonu maaş, 18 milyon dollar sponsorluq müqavilələri olmaqla, 128 milyon dollar qazanacaq.

PSJ hücumçusu Lionel Messi 120 milyon dollarla siyahıda ikinci yeri tutub.

Üçüncü yerdə isə “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo gəlir. Onun qazancı 100 milyon dollar təşkil edir.

Ən çox qazanan futbolçular siyahısının ilk onluğunda aşağıdakı adlar qeyd olunub:

4. Neymar (PSJ) – 87 milyon dollar (55 milyon + 32 milyon);

5. Mohamed Salah (Liverpul) – 53 milyon dollar (35 milyon + 18 milyon)

6. Erlinq Haaland (Mançester Siti) – 39 milyon dollar (35 milyon + 4 milyon);

7. Robert Levandovski (Barselona) – 35 milyon dollar (27 milyon + 8 milyon)

8. Eden Hazard (Real Madrid) – 31 milyon dollar (27 milyon + 2,5 milyon);

9. Andres İnyesta (Vissel Kobe) – 30 milyon dollar (25 milyon + 5 milyon)

10. Kevin De Bruyne (Mançester Siti) 29 milyon dollar (25 milyon dollar + 4 milyon dollar).

Qeyd edək ki, son 8 ildə ilk dəfə olaraq Kriştianu Ronaldo və ya Lionel Messi siyahının ilk pilləsində yer almayıb. “Mançester Siti”nin hücumçusu Erlinq Haaland isə ilk dəfə siyahıya daxil olub.

Həmçinin oxuyun

“O taylı – bu taylı Azərbaycan” – DÇ-da Azərbaycan bayrağı asıldı

Qətərdə keçirilən dünya çempionatında stadionların birində Azərbaycan bayrağı asılıb. Belə ki, zz sonra ABŞ – …