Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / İdman / İlham Zəkiyev dünya çempionatında finala yüksəldi

İlham Zəkiyev dünya çempionatında finala yüksəldi

Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.

Belə ki, 90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Onur Taştan (Türkiyə), Qanbat Daştseren (Monqolustan) və Romald Rabotyeyə (Fransa) qalib gəlib.
Dünya və 8 qat Avropa, 2 qat paralimpiya çempionu həlledici görüşdə Vilyans Araujo (Braziliya) ilə qüvvəsini sınayacaq.

Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova və Xatirə İsmiyeva bürünc medal görüşlərinə çıxacaqlar.

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən 73 kq-da Namik Abbaslı və 48 kq-da Şəhanə Hacıyeva bürünc medal qazanıb.

Həmçinin oxuyun

Messi Maradonaya çatdı, Quardado rekordçulara şərik oldu

Meksika millisinin futbolçusu Andres Quardado dünya çempionatlarında rekordu təkrarlayıb.36 yaşlı yarımmüdafiəçi bu nəticəyə Qətərdə keçirilən …