Cümə axşamı , May 23 2019
Ana səhifə / İdman / İlham Əliyevin bacısı oğluna vəzifə verildi

İlham Əliyevin bacısı oğluna vəzifə verildi

Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitələrinin (EOC) Avropa Yeniyetmələrinin Olimpiya Festivalı (EYOF) Komissiyasının üzvü seçilib.
MOK-un mətbuat xidmətindən  verilən məlumata görə, seçki Serbiyanın paytaxtı Belqradda EOC-un iclası çərçivəsində keçirilib. Toplantıda EOC-un müxtəlif komissiyalarının 4 illik fəaliyyətinə yekun vurulub və növbəti 4 il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Azərbaycanı A.Əliyevdən əlavə, EOC İcraiyyə Komitəsinin üzvü, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırov və Marketinq İdarəsinin direktoru Mehman Kərimov təmsil edib.
Qeyd edək ki, 2019-cu ildə EYOF Bakıda təşkil olunacaq.

Həmçinin oxuyun

UEFA İcraiyyə Komitəsi Bakıda vacib qərarlar qəbul edəcək

Bakıda Avropa liqasının final matçının keçirilməsi ilə əlaqəda mayın 29-da ölkəmizin paytaxtında UEFA İcraiyyə Komitəsinin …