Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / İdman / İki güləşçimiz dünya çempionatında final görüşünə çıxır

İki güləşçimiz dünya çempionatında final görüşünə çıxır

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.
Azinforum.az 
xəbər verir ki, bu gün 55 kq-dakı Yunan-Roma güləşi üzrə təmsilçimiz Eldəniz Əzizli finalda Gürcüstan təmsilçisi Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.72 kq-dakı Ülvi Qənizadə isə qızıl medal uğrunda Serbiya güləşçisi Ali Arsalanla üz-üzə gələcək. Final görüşləri saat 20:00-dan başlayacaq.

Bundan başqa, 63 kq çəki dərəcəsində çıxış edən Taleh Məmmədov 1/8 final mərhələsində Aleksandr Yurkyans (Latviya) / Cordan Kabonqo (Konqo) cütünün qalibi, 67 kq-dakı Həsrət Cəfərov 1/16 finalda Dieqo Martineslə (Meksika), 82 kq-da yarışan dünya və Avropa çempionu Rafiq Hüseynov 1/8 finalda Sultan Damen (İordaniya) / Yuya Okajima (Yaponiya) duelinin güclüsü, 97 kq-dakı Arif Niftullayev 1/16 final mərhələsində Daniel Qastlinlə (Avstriya) qarşılaşacaqlar. Təsnifat görüşlərinə isə Bakı vaxtı ilə saat 12:30-da start veriləcək.

Həmçinin oxuyun

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün …