Şənbə , Mart 25 2023
Ana səhifə / İdman / İki boksçumuz Qızıl kəmər seriyasının qalibi oldu (FOTOLAR)

İki boksçumuz Qızıl kəmər seriyasının qalibi oldu (FOTOLAR)

Boks üzrə Azərbaycan millisi Mərakeşdə keçirilən Qızıl kəmər seriyasını 5 medalla başa vurub.
Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, 34 ölkədən 201 boksçunun qatıldığı ilin ilk turnirində yığma 2 qızıl, 1 gümüş, 2 bürünc qazanıb.
57 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov finalda rusiyalı Eduard Savvinlə qarşılaşıb. Hər 3 raundda inamlı mübarizə aparan Rüstəmov yekunda 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28) hesabı ilə qələbə qazanaraq, çempion tituluna yiyələnib.
Onun uğurunu Nəbi İsgəndərov (67 kq) da təkrarlayıb. Gəncə boks məktəbinin yetirməsi finalda Tarxan İdiqova (Rusiya) gücünü göstərib. İsgəndərov inamlı mübarizə nəticəsində rəqibini 4:1 (29:28, 29:28, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edərək Mərakeşdə Azərbaycan himnini səsləndirib.
86 kq çəkidə mübarizə aparan Alfonso Dominqes gümüş medalla kifayətlənib. O da finalda rusiyalı boksçu ilə döyüşüb. Lakin görüşdə Şarabutdin Atayev qalib gəldiyindən, dünya çempionu fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Azərbaycan millisinin heyətində daha öncə Məsud Yusifzadə (51 kq) və Sərxan Əliyev (71 kq) bürünc medala yiyələniblər.
Qeyd edək ki, yarışın qalibi aktivinə 900, gümüş medalçısı 700, üçüncüsü isə 500 reytinq xalı əlavə edib.

Həmçinin oxuyun

Messidən 800-cü qol

Argentina millisinin kapitanı Lionel Messi peşəkar karyerasında 800-cü qolunu vurub.Belə ki, 35 yaşlı hücumçu Panamaya …