Cümə axşamı , May 23 2024
Ana səhifə / İdman / İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Millimizin iki boksçusu yarımfinala vəsiqə qazanıb.

Bilalhəbaşi Nəzərov (48 kq) irlandiyalı Skott Tompsonla qarşılaşıb. Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. O, rəqibinə 5:0 hesabı ilə qalib gəlib. Nəzərov yarımfinalda ispaniyalı Frihah İsmael Maqraou ilə üz-üzə gələcək.

Ömər Aslanlı (54 kq) da komanda yoldaşının uğurunu təkrarlayıb. İngilis rəqibi Turner Cozef Ceymslə qarşılaşan boksçumuz 4:3 hesabı ilə qələbə qazanıb. O, finala gedən yolda bolqarıstanlı Atanas Dinkovla qarşılaşacaq.

Boksçularımız yarımfinala yüksəlməklə özləri üçün ən azı bürünc medalı da təminat altına alıblar. Bu mərhələnin görüşləri aprelin 12-də baş tutacaq.

Həmçinin oxuyun

Güləşçilərimiz Avropa çempionatında qızıl medal qazanıblar

Güləş üzrə U-23 Avropa çempionatının ikinci yarış gününün axşam seansında yunan-Roma güləşi üzrə 55, 63, …