Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / İdman / İki Azərbaycan güləşçisi Avropa çempionu oldu

İki Azərbaycan güləşçisi Avropa çempionu oldu

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıcsallayanı məğlub edib.

Mahir Əmiraslanov (57 kq) isə bolqarıstanlı Georgi Valentinov Vangelova qalib gələrək bürünc medala sahib olub.

Qeyd edək ki, Cəbrayıl Həsənov (79 kq) rəqibi zədə səbəbindən final görüşünə çıxmadığı üçün Avropa çempionu adını qazanıb. Bu gün Azərbaycanın daha bir sərbəst güləşçisi final görüşünə çıxacaq. Ağahüseyn Mustafayev (70 kq) Mustafa Kaya ilə üz-üzə gələcək. 97 kq-dakı Nurməhəmməd Hacıyev isə bürünc medal uğrunda görüşdə Makedoniya təmsilçisi Məhəmmədhacı Nurovu sınağa çəkəcək.

Həmçinin oxuyun

Dünyanın ən yaxşı məşqçilərinin siyahısı AÇIQLANDI: Qurban Qurbanov Roberto de Dzerbini keçib

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni siyahısı açıqlanıb. İdman.biz xəbər verir ki, planetin 500 ən …