Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İdman / İdmançımızın Olimpiya medalı əlindən alındı

İdmançımızın Olimpiya medalı əlindən alındı

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin rəsmi saytı məlumat yayıb. 

Komitənin İntizam Komissiyası idmançımızın Olimpiya Oyunları zamanı dopinqdən istifadə etdiyini təsdiqləyib. 

Onun nəticələri ləğv edilib. 

Medalı isə həmin yarışda 4-cü yeri tutmuş vyetnamlı Tran Le Kuok Toana verilib.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …