Çərşənbə , Oktyabr 23 2019
Ana səhifə / İdman / İdman Tibb Mərkəzi büdcədən maliyələşməyəcək – Novruz Məmmədovdan QƏRAR

İdman Tibb Mərkəzi büdcədən maliyələşməyəcək – Novruz Məmmədovdan QƏRAR

Nazirlər Kabineti Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzinin ləğv edilməsi və 2011-ci il 6 dekabr tarixli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Unikal.org xəbər verir ki,  müvafiq qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzinin ləğv edilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 8 sentyabr tarixli 146 nömrəli Qərarı ilə yaradılmış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tabeliyindəki Respublika İdman Tibb Mərkəzi ləğv edilsin. 2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu Qərardan irəli gələn məsələləri həll etsinlər. 3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242; 2012, № 3, maddə 260; 2013, № 3, maddə 346; 2016, № 1, maddə 181; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 yanvar tarixli 3 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin 13-cü hissəsi ləğv edilsin.

Həmçinin oxuyun

AFFA iki oyunçunu futboldan kənarlaşdırıb

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. Toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir …