Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İdman / İbrahimoviç MLS-də möhtəşəm qolla debüt edib – VİDEO

İbrahimoviç MLS-də möhtəşəm qolla debüt edib – VİDEO

ABŞ-ın “Los Angeles Galaxy” komandası MLS-in 4-cü turunda “Los Angeles” üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, Karson şəhərinin “StubHub Center” stadionunda keçirilən matç ev sahiblərinin 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın birinci hissəsində qonaqların hücumçusu Karlos Vela dubl edib. Meydan sahiblərinin müdafiəçisi Deniel Stirsin 48-ci dəqiqədə avtoqolundan sonra qonaqların üstünlüyü üç topa çatıb.

“Galaxy” yarımmüdafiəçi Sebastyan Lletqetin 61-ci dəqiqədə vurduğu qolla hesab arasındakı fərqi azaldıb. İkinci hissənin ortalarında xavbek Kris Pontius fərqi minimuma endirib. Forvard Zlatan İbrahimoviç 77-ci dəqiqədə komandada keçirdiyi debüt oyununda baxımlı qolla hesabı 3-3 edib, artırma dəqiqələrində isə komandasına qələbə qazandıran topu vurub.

Dörd matçdan sonra “Galaxy” Qərb konfederasiyasının turnir cədvəlində ikinci pillədə qərarlaşıb, “Los Angeles” dördüncüdür.

Həmçinin oxuyun

Əfsanəvi Dieqo Maradona vəfat etdi

Argentinalı futbol əfsanəsi Dieqo Maradona vəfat edib. Azinforum.az xarici KİV-ə istinadən xəbər verir ki, veteran hücumçu …