Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / İdman / Hondanın gəlişi “Neftçi“də nəyi dəyişəcək?

Hondanın gəlişi “Neftçi“də nəyi dəyişəcək?

“Hazırda çempionluq mübarizəsi haqqında konkret söz demək çətindir”.

Bu sözləri sportinfo.az-a açıqlamasında “Bakı”nın keçmiş baş məşqçisi Novruz Əzimov deyib.

Təcrübəli mütəxəssis Keysuke Hondanın “Neftçi”yə transferini yüksək dəyərləndirsə də, “Qarabağ”ın çempionluq şanslarının daha yüksək olduğunu düşünür:

“Hondanın gözlənilən gəlişi ilə “Neftçi”nin oyunu da müsbət mənada dəyişiləcək. Məncə, komandaya güc qatacaq. Hansı formadadır bilmirəm, ancaq təcrübəli futbolçudur.

Ümumilikdə “Neftçi”nin də şansları var. Amma düşünürəm ki, üstünlük “Qarabağ”dadır. Çünki Qurban Qurbanovun komandası oturuşub. Həm elə fikirləşirəm ki, orda olan ab-hava çempionluq üçün daha münbitdir. “Qarabağ”a nisbətən “Neftçi”nin psixoloji durumu aşağıdır”.

Həmçinin oxuyun

İki paraatletimiz İtaliyada qızıl medal qazandı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (AMPK) atletika idman növü üzrə idmançıları İtaliyanın Cesolo şəhərində keçirilən …