Hidayət Heydərov Avropa çempionatının finalına yüksəldi
Azərbaycan cüdoçusu Hidayət Heydərov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən böyüklər arasında Avropa çempionatında finala yüksəlib.
O, türkiyəli idmançı Bilal Çiloğlunu məğlub edərək Avropa çempionatının finalına vəsiqə qazanıb.
Onun həlledici raunddakı rəqibi gürcüstanlı Laşa Şavdatuaşvili olacaq.
Final görüşləri saat 16:00-dan etibarən başlayacaq.