Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İdman / “Heç kim özünü Ronaldo və Messi ilə müqayisə edə bilməz” – Qvardiola

“Heç kim özünü Ronaldo və Messi ilə müqayisə edə bilməz” – Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola hücumçuları Rahim Sterlinq haqda fikirlərini bildirib.

İspan məşqçi “Mən çox sevinirəm ki, Sterlinq həm klubu, həm də milli komandasında yaxşı oynayır. Biz ona daha yüksək səviyyəyə qalxmağa kömək etməliyik”- deyə bildirib.

Qvardiola Sterlinqin Ronaldo və Messi ilə müqayisə olunmasının əleyhinədir:

“Mən ona mətbuatı az oxumağı tövsiyə edirəm. Bu, onun ziyanına işləyə bilər. Axı bu gün heç kim özünü Ronado və Messi ilə müqayisə edə bilməz. Onların son 10 ildə hər həftə etdikləri ilə müqayisə olunmazdır. Onlar həqiqətən əfsanədirlər”. Yenisabah.az

Həmçinin oxuyun

Qurban Qurbanov: “Çalışırıq, dekabra qədər rotasiyalarla formanı qoruyaq”

“Maraqlı oyun alındı. Xüsusən də, ikinci hissədə”. Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi …