Azinforum.az İdmanxəbər-ə istinadən xəbər verir ki, bu sözləri “Kəpəz” – “Zirə” matçı sonrası ənənəvi mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Yunis Hüseynov deyib.

– Roman Hüseynov əvəzlənərkən sanki sizdən narazı qaldı. Hiss etdiniz bunu?

– Xeyr, mən belə bir şey hiss etmədim. Fikrim də oyunda idi. Heç bir futbolçunun cürəti çatmaz mənə etiraz etməyə, o adamı heç vaxt bağışlamaram.

– Manqaladzenin sarı vərəqə aldığı epizoda necə şərh verərdiniz? Cəzalı duruma düşməsi oyun epizodu belə deyildi…

– Bu hərəkətinə görə, ona pul cəzası kəsəcəyik.