Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
Ber ki, 65 kq-da çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu finalda macarıstanlı İsmail Musukayevlə qarşılaşıb.
Hacı Əliyev görüşə yaxşı başlasa da, sonradan üstünlüyü tamamilə rəqibə verib. Nəticədə 1:12 hesabı ilə uduzan titullu güləşçi ikinci yeri tutub.