Ana səhifə / İdman / Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı güləşçi dünyasını dəyişdi

Həbib Nurməhəmmədovu məğlub edən azərbaycanlı güləşçi dünyasını dəyişdi

Qaydasız döyüş ustası, tanınmış azərbaycanlı idmançı Xamis Məmmədov vəfat edib.

Modern.az bildirir ki, məşhur döyüşçü bir müddət qripdən əziyyət çəkirmiş və xəstəxanada müalicə olunurmuş.

35 yaşlı idmançının vəziyyəti qəfildən ağırlaşıb və bu gün gözlənilməz şəkildə dünyasını dəyişib.

Mərhumun meyiti dəfn edilmək üçün doğulduğu Sabirabad rayonuna aparılıb.

Qeyd edək ki, Xamis Məmmədov son vaxtlar müzakirə olunan idmançılardan idi. O, Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı idmançı kimi tarixə düşüb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …