Cümə , Oktyabr 30 2020
Ana səhifə / İdman / Həbibdən daha bir ağlasığmaz addım…

Həbibdən daha bir ağlasığmaz addım…

Mütləq Döyüş üzrə Çempionatın (UFC) çempionu, qarışıq döyüş üzrə rusiyalı döyüşçü Həbib Nurməhəmmədov amerikalı boksçu, dünya çempionu Floyd Meyvezeri döyüşə dəvət edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, dağıstanlı çempion müraciətində onunla döyüşməyə hazır olduğunu bəyan edib: “Floyd. Səninlə döyüşməyə hazıram. Sənin 50 məğlubiyyətsiz qələbənə qarşı mənim 27 qələbəm”.

Döyüşün hansı qaydalar üzrə keçirilə biləcəyi bəlli deyil. Floyd Meyvezerin də çağırışa hansı cavab verəcəyi bilinmir.

Qeyd edək ki, peşəkar boksçu olan Meyvezer bir müddət öncə Həbibin məğlub etdiyi Konor Makqreqorla görüşmüşdü. Boks qaydaları ilə keçirilən görüşdə Meyvezer tam üstünlüklə (nokaut) qalib gəlmişdi.

Həbib Nurməhəmmədov isə oktyabrın 7-də UFC-də keçirilən döyüşün 4-cü raundunda Makqreqora boğucu fəndlə qalib gəlmişdi.

Həmçinin oxuyun

“Neftçi”nin legioneri ilk dəfə milliyə çağırıldı

Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb. “Report” Qvineya Futbol Federasiyasının rəsmi …