Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İdman / Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa…

Həbib Ronaldo ilə dostluğundan danışdı: Messi olmasa…

Yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədov “Yuventus”un hücumçusu Kristiano Ronaldo ilə dostluğundan danışıb.

Unikal.org xəbər verir ki, onun sözlərinə görə, aralarındakı dostluq hələ Ronaldonun Madrid “Real”ında oynadığı dövrlərdən mövcuddur. İdmançı həmçinin Ronaldonun “Barselona”nın hücumçusu Messi ilə münasibətinə də toxunub.

“Mən “Real”ın çoxdankı azarkeşiyəm və Ronaldo ilə dostluq edirik. Bu barədə Ronaldo ilə danışmışıq. O, Messi olmasaydı, bu qədər güclü ola bilməyəcəyini dedi. Sənə rəqib lazımdır, bu insanı daha yaxşı olmağa sövq edir. Biznesdə olduğu kimi, rəqabətsiz bazar mövcud ola bilməz. Bu mənada onlar bir-birini tamamlayır”, – Nurməhəmmədov bildirib.

Həmçinin oxuyun

Əfsanəvi Dieqo Maradona vəfat etdi

Argentinalı futbol əfsanəsi Dieqo Maradona vəfat edib. Azinforum.az xarici KİV-ə istinadən xəbər verir ki, veteran hücumçu …