Cümə , Aprel 12 2024
Ana səhifə / İdman / Həbib Nurməhəmmədov: “Oğlumun idmançı olmasını istəmirəm”

Həbib Nurməhəmmədov: “Oğlumun idmançı olmasını istəmirəm”

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov oğlunun qaydasız döyüşlərə olan marağından danışıb.

H.Nurməhəmmədov bildirib ki, oğlunun peşəkar idmançı olmasını istəmir.

“Oğlum məndən ona döyüşlərimi göstərməyimi xahiş edir. Onunla necə davranacağımı bilmirəm. Mən onun peşəkar idmançı olmasını istəməzdim. Amma israr edərsə, bu onun seçimi olacaq. Kaş ki, adi bir insan olsun. Çünki peşəkar idmançıları adi insan adlandırmaq olmaz”, – deyə dağıstanlı idmançı vurğulayıb.//Oxu.az

Həmçinin oxuyun

İki boksçumuz Avropa çempionatında yarımfinala yüksəlib

Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında Avropa birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib. Millimizin iki …