Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Gürcü mütəxəssislərin Azərbaycandakı fəaliyyətləri başa çatdı

Gürcü mütəxəssislərin Azərbaycandakı fəaliyyətləri başa çatdı

“Keşlə FK”-nın rəhbərliyi komandanın baş məşqçisi Zaur Svanadze və baş məşqçinin köməkçisi Ramaz Svanadze ilə görüş keçirib.

Klubun rəsmi saytının verdiyi məlumata görə, görüşdə komandanın fəaliyyəti müzakirə olunub.

Qərara alınıb ki, klubla Z.Svanadze və R.Svanadze arasında imzalanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilsin.

“Keşlə” rəhbərliyi hər iki məşqçiyə komandada fəaliyyətlərinə görə təşəkkürünü bildirib və onlara sonrakı fəaliyyətlərində uğurlar arzulayıb.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …