Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / Gülüş hədəfinə çevrildi: “Ondansa, Faiq Ağayevi transfer edərdiniz” – Foto

Gülüş hədəfinə çevrildi: “Ondansa, Faiq Ağayevi transfer edərdiniz” – Foto

Xəbər verdiyimiz kimi, “Neftçi” İrandan 28 yaşlı yarımmüdafiəçi Saman Nəriman Cahanı 1,5 il müddətinə heyətinə qatıb. 

Klub rəhbərliyinin transferi azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Belə ki, sosial şəbəkələrdə tərəfdarlar futbolçunun qısaboylu olmasını tənqid edib, gülüş hədəfinə çeviriblər.

Yeni transfer barədə “Ondansa, Faiq Ağayevi transfer edərdiniz”, “Bunun 1 “razmer” böyüyü yox idi?”, “Neçənci sinifdə oxuyur?”, “İrandan qaçaqmalçılıq yolu ilə mal keçirənlərə oxşayır”, “Buna pas verilsə, başının üstündən keçəcək”, “Bunu uzağı siqaret almağa göndərəsən. Bu nə futbolçudur?”, “Bu əziyyət çəkib şortik geyinməsin, köynək “kakraz” bütün bədəni boydadır”, – deyə tənqidi şərhlər yazılıb. 

Qeyd edək ki, futbolçunun boyunun 1.65 santimetr olduğu bildirilir.

Gülüş hədəfinə çevrildi: “Ondansa, Faiq Ağayevi transfer edərdiniz” - Foto
Gülüş hədəfinə çevrildi: “Ondansa, Faiq Ağayevi transfer edərdiniz” - Foto

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …