Sosial şəbəkədə biz:

Güləşçimiz dünya çempionatında finala yüksəldi

Güləşçimiz dünya çempionatında finala yüksəldi

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Yarışın dördüncü günündə Ruzanna Məmmədova (62 kq) ən azı gümüş medalı özü üçün təmin edib.

Avropa çempionu startda qazaxıstanlı Aydana Şorayevaya tam üstünlüklə (11:0) qalib gəlib. 1/4 finalda özbəkistanlı Nigina Sabirovayla qarşılaşma gərgin mübarizə şəraitində keçib.

Rəqibi üzərində 3:2 hesablı əzmkar qələbə qazanan Məmmədova yarımfinalı rahat keçib. Türkiyəli Büşra Efeni "tuş”la məğlub edən Ruzanna karyerasında ilk dəfə U20 dünya çempionatının finalına yüksəlib.

Güləşçimiz sabah həlledici görüşdə çinli Yanqjen Yanqjenlə üz-üzə gələcək.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol