Bolqarıstanın Samokov şəhərində güləş üzrə U17 Avropa çempionatı davam edir.
Beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yekun vurulub.
Fatimə Bayramova (53 kq) polşalı Zuzanna Sokolovskaya tam üstünlüklə (10:0) qalib gələrək bürünc medala sahib çıxıb.
Nuray Cəfərli (46 kq) bürünc medal görüşündə xorvatiyalı Lara Blajekoviçə 1:4 hesabla məğlub olaraq 5-ci yerlə kifayətlənib.
69 kq çəkidə yarışan Simurə Abdullayeva isə təsəlliverici görüşdə rusiyalı Polina Yefimovaya 2:8 hesabla uduzub.