Sosial şəbəkədə biz:
Güləşçilərimiz finala yüksəldi
Xəbər Şəkli

Güləşçilərimiz finala yüksəldi

22 April 2026, 08:40
İdman

Azərbaycanın yunan-Roma güləşçiləri Qurban Qurbanov və Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.
Belə ki, 82 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Qurban Qurbanov yarımfinalda gürcüstanlı rəqibi Gela Bolkvadzeyə 2:1 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Həmçinin, 67 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yarımfinalda gürcüstanlı rəqibi Dieqo Çxikvadzeyə 4:2 hesabı ilə qalib gələrək həlledici raunda vəsiqə qazanıb.
Qurban Qurbanov qızıl medal uğrunda görüşdə Adlet Tyulyubaev (UWW), Həsrət Cəfərov isə Murat Fıratla (Türkiyə) üz-üzə gələcək.
Medal görüşləri sabah baş tutacaq.