Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / Güləşçilərimiz Avropa çempionatını 8 medalla başa vurdu

Güləşçilərimiz Avropa çempionatını 8 medalla başa vurdu

Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı başa çatıb.

Sonuncu yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin iki üzvü həlledici görüşə çıxıb.

Namaz Rüstəmov (67 kq) təsəlliverici qarşılaşmada Zaur Kabaloyevlə (İtaliya) bacarmayıb. 2:1 öndə olan həmyerlimiz son saniyədə qələbəni əldən verərək mübarizəni dayandırıb. Zamir Məhəmmədov (97 kq) isə bürünc medal görüşündə Nikalay Staduba (Belarus) uduzaraq, yarışı 5-ci pillədə bitirib.

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 8 medalla başa vurub. Qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib. Sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləş üzrə komandamızın heyətində isə Taleh Məmmədov (63 kq) 2-ci, Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) üçüncü yeri tutub.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …