Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / Güləş yarışlarının təqvimi iyunda açıqlanacaq

Güləş yarışlarının təqvimi iyunda açıqlanacaq

Dünya Güləş Birliyinin (UWW) 2020-ci ilin qalan hissəsi və 2021-ci il üçün təqviminin müəyyənləşəcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, təqvim iyunun ortalarında müəyyənləşəcək.

Bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb:

“Turnirlərin təqvimi iyunun ilk yarısının sonlarında müəyyənləşməlidir. Olimpiadaya qədər yarış sayı az olmayacaq. Üstəlik, lisenziya turnirləri də gündəmdən çıxarılmayın. Yaxın vaxtda UWW-nin texniki komitəsi ilə birlikdə vəzifə və planları müzakirə edəcək, təqvimi quracağıq”.

Qeyd edək ki, Avropa təsnifat turniri martın 19-22-də Budapeştdə (Macarıstan), dünya təsnifat turniri aprelin 30-dan mayın 3-dək Sofiyada (Bolqarıstan) keçirilməli olsa da, koronavirus pandemiyası üzündən təxirə salınıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …