Cümə axşamı , Fevral 29 2024
Ana səhifə / İdman / Güləşçimiz Xorvatiyadakı yarışda medal qazandı

Güləşçimiz Xorvatiyadakı yarışda medal qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Həsrət Cəfərov Xorvatiyada keçirilən “Zaqreb Open” turnirində bürünc medal qazanıb.

Belə ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı bürünc mükafata sahib olub.

Murad Məmmədov (63 kq) yarışda zədələndiyi üçün sonadək mübarizə apara bilməyib. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc medal uğrunda görüşdə uduzub.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) qızıl medal əldə edib.

Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin Alyona Kolesnik (59 kq) bürünc mükafata sahib çıxıblar.

Həmçinin oxuyun

“Braqa” ilə oyundan sonra Prezident zəng etdi – Qurban Qurbanov

“Avropa Liqasının pley-off mərhələsindəki qələbədən sonra Prezident İlham Əliyevin zəng edərək bizə təbriklərini çatdırması mənə …