Cümə , Oktyabr 7 2022
Ana səhifə / İdman / Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsinə yekun vurulub.

Belə ki, seriyanın sonuncu mərhələsində Azərbaycan millisinin üzvü fəxri kürsüyə qalxıb.

Belə ki, İbrahim Yusubov (90 kq) qızıl, Ramiz Həsənov (70 kq) və Fərid Cabbarov (90 kq) isə gümüş medal qazanıb.

Dünya Seriyasının 5 mərhələsinin yekununda toplanan xallara əsasən, böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionatının medalçıları müəyyənləşib. İbrahim Yusubov 90 kq-da ən çox xal toplayan güləşçi kimi dünya çempionu tituluna sahib çıxıb.

Ramiz Həsənov (70 kq) və Omid Kamaliaqdam (80 kq) isə öz çəkilərində gümüş medal qazanıblar.

Həmçinin oxuyun

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

“Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq …