Şənbə , Dekabr 4 2021
Ana səhifə / İdman / Güləşçimiz dünya çempionu oldu

Güləşçimiz dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda U-23 dünya çempionatında final görüşünə çıxıb.
Belə ki, 67 kq-da mübarizə aparan idmançı İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanıb.

Həmçinin oxuyun

“Mançester Yunayted” “Arsenal”ı məğlub etdi

İngiltərə Premyer Liqasında 14-cü tura yekun vurulub. Turun mərkəzi matçında “Mançester Yunayted” “Arsenal”ı qəbul edib. Matç …