Bazar , Noyabr 29 2020
Ana səhifə / İdman / Güləşçimizə qarşı təxribat: Polis dünya çempionumuzu zaldan çıxartdı

Güləşçimizə qarşı təxribat: Polis dünya çempionumuzu zaldan çıxartdı

Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında Azərbaycanı təmsil edən sərbəst güləşçi Hacı Əliyev ilk görüşünə çıxıb.

Belə ki, 65 kq çəki dərəcəsində yer alan titullu pəhləvan təsnifat mərhələsində rusiyalı Hacımurad Rəşidovla üz-üzə gəlib.

İlk hissədə Əliyev hesabda geri düşsə də, ikinci yarıda vəziyyəti öz xeyrinə dəyişib – 2:1. Lakin sona doğru Rəşidov önə çıxıb – 3:2. Bununla belə, Əliyev daha 2 fəndlə önə çıxıb. Lakin Rusiya tərəfi etirazından sonra videotəkrara baxılıb. Nəticədə Əliyevin 2 xalını sildirib. Hakimlərin qərarı ilə azərbaycanlı pəhləvan uduzdurulub – 2:4.

Qərardan narazı qalan Əliyev qırmızı vərəqəni hakimlərə tərəf göstərib. Ona isə hakimlər qırmızı vərəqə göstərərək diskvalifikasi ediblər. Əliyev daha sonra hakimlərin üzərinə getmək istəyib. İşə yerli polis qarışıb. Yalnız bundan sonra üçqat dünya çempionu çölə çıxıb.

Həmçinin oxuyun

“Qarabağ” klubu Allahverdi Bağırovun məzarını ziyarət etdi – FOTO

Bu gün “Qarabağ” futbol klubu işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib. Səfər zamanı klub …