Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / İdman / Güləşçilərimizin ermənilər üzərində darmadağını… – Video

Güləşçilərimizin ermənilər üzərində darmadağını… – Video

İtaliyada keçirilən güləş üzrə Avropa çempionatı yığma komandamız üçün uğurlu oldu. “Qafqazinfo” xəbər verir ki, idmançılarımız Romada bir çox göstəricilərdə rekordlara imza atdılar.

Həm Yunan-Roma, həm sərbəst güləşçilərimiz komanda hesabında qitənin ikincisi oldular.

Avropa çempionatında ən çox diqqətçəkən məqam isə azərbaycanlı və erməni idmançıları arasında 7 görüşün keçirilməsi idi. Komandamız bu qarşılaşmalarda böyük üstünlük qazandı. Güləşçilərimiz 7 görüşün 6-da meydanı qalib tərk etdi.

İlk olaraq mübarizəyə Yunan-Roma güləşçiləri başladı.

77 kq çəki dərəcəsində mübarizə aparan Sənan Süleymanov ermənistanlı Karapet Çalyanı məğlub etdi. Bu görüş yarımfinalda keçirildi və Süleymanov finala adladı

55 kq çəki dərəcəsində Eldəniz Əzizli ¼ finalda Ermənistan təmsilçisi Rudik Mkrtçyanı məğlub etdi

130 kq-da Sabah Şəriəti David Ovasapyandan üstün oldu

Sərbəst güləşçilərimiz də ermənilərlə mübarizədən qalib ayrıldı.

70 kq çəkidə Ağahüseyn Mustafayevin erməni üzərində qələbəsi möhtəşəm anlarla yadda qaldı. Əvvəlcə rəqib qarşılaşmada 8:0-lıq üstünlük qazandı. Lakin möhtəşəm əzmkarlıq göstərən idmançımız 15:8 hesabı ilə görüşü qalib başa vurmağı bacardı.

79 kq çəkidə Cəbrayıl Həsənov Arman Avakyanla üzə-üzə gəldi. İdmançımız görüşü 8:4 hesablı üstünlüklə başa vuraraq yarımfinala adladı.

Cəmaləddin Məhəmmədov da (125 kq) bürünc medal uğrunda dueldə Ermənistan təmsilçisi Levan Berianidzeni məğlub edib

Həmçinin oxuyun

“Qalatasaray”dan Azərbaycana növbəti dəstək – FOTO

Türkiyənin “Qalatasaray” klubu Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara növbəti dəfə öz dəstəyini …