Cümə , Dekabr 4 2020
Ana səhifə / İdman / Güləşçilərimiz Rusiyada 4 medal qazanıb

Güləşçilərimiz Rusiyada 4 medal qazanıb

Oktyabrın 11-13-də Rusiyanın Yakutsk şəhərində sərbəst güləş üzrə Dmitri Korkinin xatirə turniri keçirilib.

Ənənəvi yarışda böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında çıxış edən Azərbaycan pəhləvanlarından dördü fəxri kürsüyə qalxıb.

Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) gümüş, Pərviz İbrahimov (57 kq) ilə Hacımurad Hacıyev (74 kq) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Memorialda beynəlxalq dərəcəli hakim Bəşir İsazadə ədaləti qoruyub.

Həmçinin oxuyun

“Messi gələn il PSJ-də olacaq”

Fransanın “RMC Sport” telekanalı “Barselona”nın kapitanı Lionel Messinin karyerasını PSJ-də davam etdirəcəyini iddia edib. Qol.az …