Cümə axşamı , Mart 21 2019
Ana səhifə / İdman / Güləşçilərimiz Hindistan Liqasında iştirak edəcək

Güləşçilərimiz Hindistan Liqasında iştirak edəcək

Azərbaycan güləşçiləri Hindistan Liqasında iştirak edəcək.

Belə ki, 6 klubun qatılacağı yarışda üç güləşçimiz xalça üzərinə çıxacaq.

İkiqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) və Elis Manolova (62 kq) “Yodxa”, Tatyana Omelçenko (62 kq) isə “Haryana Hammers” klubunun şərəfini qoruyacaq.

Hindistan Liqasına yanvarın 14-də start veriləcək.

Qeyd edək ki, ötən mövsüm “Dehli Sultans” komandasının heyətində çıxış edən H.Əliyev mükafatçılar sırasında yer ala bilməyib.

Həmçinin oxuyun

“İşə davam edirik” – Millimizin baş məşqçisi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsinə Rusiya ilə heç-heçə edərək başlayıb. …