Bazar , Sentyabr 22 2019
Ana səhifə / İdman / Güləşçilərimiz dünya çempionatında iki medal qazanıb

Güləşçilərimiz dünya çempionatında iki medal qazanıb

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı sona çatıb.

Altıncı yarış günündə 60, 67, 72, 82 və 97 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. 

Əsgər Əlizadə mundiala inamlı start verib. Mübarizəyə 1/8 finaldan qoşulan yığmamızın üzvü koreyalı həmkarına heç bir şans tanımayıb. Ancaq 1/4 finalda böyüklər arasında son Avropa çempionatında bürünc medal qazanmış Türkiyə pəhləvanına yenilib. Rəqib finala yüksəldiyi üçün Əsgər avqustun 18-də təsəlliverici görüşə çıxıb və 1 dəqiqə 20 saniyə ərzində əlcəzairli güləşçini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasına vəsiqə qazanıb. Həlledici görüşdə Qırğızıstan idmançısını da tam üstünlüklə məğlub edən Əlizadə dünya üçüncüsü olub. 

Adəm Hacızadə debütdə Səudiyyə Ərəbistanı təmsilçisini çətinlik çəkmədən ilk hissədə tam üstünlüklə məğlub edib. Ancaq daha sonra Finlandiya idmançısıyla bacarmayıb. 

Ülvi Qənizadə ilk mərhələdə prinsipial görüşə çıxıb. İlk hissədə qazandığı xallar həmyerlimizə erməni güləşçi üzərində qələbə qazandırıb. Gənclər arasında Avropaçempionu növbəti qarşılaşmada Macarıstan idmançısına vaxtından əvvəl qalib gəlib. Qənizadə iranlı pəhləvanı da üstələyərək yarımfinala vəsiqə qazanıb. 

Türkiyə güləşçisindən də güclü olan Ülvi adını finala yazdırıb. Həmyerlimiz həlledici qarşılaşmada Rusiya güləşçisiylə üz-üzə gəlib. Gərgin keçən görüşdə rəqib qalib gəlib və Qənizadə gümüş medalı boynundan asıb. 

Xəyal Mehtiyev isə debütdə ukraynalı rəqibinə uduzub. 

Həmçinin oxuyun

Qadın güləşçilərimiz dünya çempionatında 8-ci oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan dünya çempionatında qadın güləşçilərin yarışına yekun vurulub. Azvision.az xəbər verir ki, …