Bazar ertəsi , Oktyabr 18 2021
Ana səhifə / İdman / Güləşçilərimiz dörd medal qazandılar

Güləşçilərimiz dörd medal qazandılar

Almaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatı sona çatıb.
Güləş Federasiyasından verilən məlumata görə, qitə birinciliyinin son günündə yunan-Roma güləşçilərimiz üç medal qazanıb.
Həsrət Cəfərov (67 kq) finalda Türkiyə güləşçisinə 9:0 hesabıyla qalib gələrək Avropa çempionu olub. Güləşçimiz finaladək Macarıstan, Bolqarıstan və Gürcüstan təmsilçilərini məğlub edib.
Millinin iki üzvü isə üçüncü yeri tutub. Nihat Məmmədli (60 kq) son görüşdə Belarus, Xasay Həsənli (72 kq) isə Xorvatiya güləşçisinə qalib gəlib.
Xatırladaq ki, ötən gün Qurban Qurbanov (63 kq) gümüş medal qazanıb.
Yekunda bir qızıl, bir gümüş və iki bürünc medal qazanan yığmamız komanda hesabında 99 xalla 4-cü yeri tutub.

Həmçinin oxuyun

“Mançester Siti”nin oyunundan sonra 2 azarkeş həbs olunub

İngiltərə polisi “Mançester Siti” və “Börnli” komandaları arasında “Etihad stadionunda” keçirilmiş Premyer Liqanın VIII tur …