Ana səhifə / İdman / Güləş yarışlarının təqvimi iyunda açıqlanacaq

Güləş yarışlarının təqvimi iyunda açıqlanacaq

Dünya Güləş Birliyinin (UWW) 2020-ci ilin qalan hissəsi və 2021-ci il üçün təqviminin müəyyənləşəcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, təqvim iyunun ortalarında müəyyənləşəcək.

Bunu Rusiya İdman Güləşi Federasiyasının prezidenti Mixail Mamiaşvili açıqlayıb:

“Turnirlərin təqvimi iyunun ilk yarısının sonlarında müəyyənləşməlidir. Olimpiadaya qədər yarış sayı az olmayacaq. Üstəlik, lisenziya turnirləri də gündəmdən çıxarılmayın. Yaxın vaxtda UWW-nin texniki komitəsi ilə birlikdə vəzifə və planları müzakirə edəcək, təqvimi quracağıq”.

Qeyd edək ki, Avropa təsnifat turniri martın 19-22-də Budapeştdə (Macarıstan), dünya təsnifat turniri aprelin 30-dan mayın 3-dək Sofiyada (Bolqarıstan) keçirilməli olsa da, koronavirus pandemiyası üzündən təxirə salınıb.

Həmçinin oxuyun

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

Azərbaycan Premyer Liqasını işıqlandıracaq media nümayəndələri üçün yeni təlimatlar qüvvəyə minib.Qaynarinfo həmin təlimatları təqdim edir:1. Yarışların …